29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prokurorluq: Sentyabr hadisələrində erməni hərbçilər 6 azərbaycanlını işgəncə ilə öldürüb

06.10.2022

Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəfinə təhvil verilib.

"DM"xəbər verir ki, bunu Baş Prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə sualı cavablandırarkən deyib.

O xatırladıb ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırılmalar davam etdirilir: "Öldürülənlər həm də təcili tibbi yardımın sürücüsü və digər tibb işçisi olub”.