29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycandakı hərbi attaşelər Edillidə

06.10.2022

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkiblər.

"DM" xəbər verir ki, onlara müvafiq dövlət qurumlarının əməkdaşları kənd ərazisində aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat veriblər.

Qeyd edilib ki, bir neçə gün öncə aşkarlanmış kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birinə bağlanılıb.

Vurğulanıb ki, müvafiq qaydalara uyğun olaraq həmin qalıqlar götürüləndən sonra qazıntı işləri yenə də davam etdiriləcək. Çünki aşkarlanan qalıqların altında yenilərinin də olduğu ehtimal edilir.

Daha sonra bildirilib ki, Edilli kəndinə daxil olan digər ərazilərdə də qazıntı işləri aparılacaq.