29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünya Bankı Azərbaycana gələn ukraynalı qaçqınların sayını açıqlayıb

05.10.2022

Müharibə başlayandan Ukraynadan Cənubi Qafqaz ölkələrinə miqrasiya edən qaçqınların sayı 31 159 nəfər olub.

"DM" xəbər verir ki, bu barədə Dünya Bankının "Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında bildirilib.

Məlumata görə, bu ilin sentyabrın 13-nə kimi Cənubi Qafqaz ölkələri arasında ən çox ukraynalı qaçqın qəbul edən ölkə Gürcüstan olub - 26 031 nəfər. Azərbaycana üz tutan ukraynalıların sayı 4 639, Ermənistana köç edənlərin sayı isə 489 nəfər təşkil edib.

Bu dövrdə Dünya Bankının qeydə aldığı ukraynalı qaçqınların sayı ümumilikdə 7 milyon 333 min 721 nəfər təşkil edib. Ukraynalı qaçqınların ən çox üz tutduğu ölkələr Polşa (1,379,470), Almaniya (1 003 029 nəfər) və Çexiya (431 462 nəfər) olub.