29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirusla bağlı SON STATİSTİKA

04.10.2022

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 96 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 811 060 nəfər müalicə olunaraq sağalıb, 9 921 nəfər vəfat edib, aktiv xəstə sayı 776 nəfərdir.

Ölkədə son sutka ərzində 3 806, hazırkı dövrədək isə 7 260 232 test aparılıb.