29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kreml Rusiyanın Ukrayna yaxınlığında nüvə sınaqları keçirməsi iddialarına cavab verib

04.10.2022

Qərb mediası və siyasətçiləri hazırkı dövrdə nüvə silahı haqda çıxışlarla öz aralarında yarışır, lakin Rusiya bu baş verənlərdə iştirak etmək istəmir.

"DM" "mk.ru”-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukrayna yaxınlığında nüvə sınağı keçirəcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

O, bir sıra Qərb KİV-i, siyasətçiləri və ölkə başçılarının nüvə ritorikası ilə çıxış etdiyini, lakin Moskvanın baş verənlərdə iştirak etmək istəmədiyini əlavə edib.

Xatırladaq ki, "The Times” qəzeti NATO-nun öz alyans tərəfdaşlarına xəbərdarlığını əks etdirən material dərc etmişdi. Materialda alyansın Rusiyanın Ukrayna ilə sərhəddə, Qara dənizdə nüvə sınaqları həyata keçirməyi qərara aldığı iddia olunurdu. Bununla, Kremlin kütləvi qırğın silahı tətbiq etməyə hazır olduğunu nümayiş etdirmək istədiyi qeyd edilmişdi.