02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni ordusunda ixtisarlar gözlənilir

04.10.2022

Ermənistan Silahlı Qüvvələrində yeni ixtisarlar gözlənilir, sərhədin şərq hissəsinə cavabdeh olanlar nazir müavinindən tutmuş komandirə qədər ixtisar olacaq.

"DM" xəbər verir ki, bu barədə Ermənistanın "İravunk” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

"Qərara səbəb Ermənistan-Azərbaycan sərhəddində baş verən son döyüş zamanı (13 sentyabr nəzərdə tutulur – red.) bir neçə saat ərzində erməni ordusundakı itki və yaralıların sayının çox olmasıdır”, - məlumatda deyilir.

Qeyd edək ki, 12 sentyabrda Ermənistan sərhəddə təxribat törətmiş, nəticədə Azərbaycan əsgərləri şəhid olmuşdu. Ordumuzun cavab zərbəsi ilə Ermənistan ordusu darmadağın edilmişdi.

Rəsmi məlumata görə, ermənilərin 207 əsgəri məhv edilib, yüzlərlə yaralısı var. Qeyri-rəsmi mənbələr isə Ermənistan ordusunun 450-yə qədər itki verdiyini bildirir.