02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyanın müzakirə edəcəyi məsələlər məlum olub

04.10.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyanın görüşü baş tutacaq.

Yüksək səviyyəli görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində oktyabrın 6-da Praqada reallaşacaq.

Bu barədə "Sabah” qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Bildirilir ki, danışıqlarda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı müzakirələrin aparılması planlaşdırılır. Ərdoğan Paşinyana üçüncü ölkələrin ərazisində deyil, ardıcıl olaraq Türkiyə və Ermənistanda xüsusi nümayəndələrin görüşlərinin keçirilməsini təklif edəcək.

Bundan əlavə, Türkiyə lideri regionda gərginliyin azaldılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması ilə bağlı təkliflər verəcək.