02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilərin Daşkəsəndə basdırdıqları yüzlərlə mina zərərsizləşdirilib

04.10.2022

Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd "Э-001 М” tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.