01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda etirazçılar SEPAH zabitinin evini yandırıblar

04.10.2022

İsfahanda etirazçıların yatırılmasında iştirak edən SEPAH zabitinin evi yandırılıb.

Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat verir.

Belə ki, ötən gecə qəzəbli isfahanlılar kütləvi etirazları zorakılıqla dağıdan və aksiyaçıları təqib edərək onlara atəş açan SEPAH zabitinin evini mühasirəyə alaraq od vurublar.

Qeyd edək ki, İranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəboyu başlayan etiraz aksiyaları artıq üç həftəyə yaxındır davam edir.