30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xamenei İrandakı etirazlara münasibət bildirib

03.10.2022

Ölkədəki son iğtişaşlar ABŞ və sionist rejim tərəfindən planlaşdırılıb.

"DM" xəbər verir ki, bunu İranın Ali dini lideri Əli Xamenei İmam Həsən Zabitləri Tədris Universitetində hərbi kursantların buraxılış mərasimində çıxışı zamanı deyib.

"Mən birbaşa deyirəm ki, bu iğtişaşlar və təhlükəsizlik problemləri ABŞ-ın, işğalçı və saxta sionist rejimin planıdır. Xaricdəki bəzi xəyanətkar iranlılar onlara kömək etdilər”, - Xamenei deyib.

Xameneinin sözlərinə görə, qızın ölümü (Məhsa Əmini) bədbəxt hadisə olub və insanlar rəsmi araşdırmanın nəticəsini gözləmədən hadisəyə şiddətli reaksiya verməməli idilər.