Üç metro stansiyada saat 23:30 məhdudiyyəti aradan qaldırılıb  
    
                          
     
                         03.10.2022
 
    
                        Bənövşəyi xəttin "Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərin başlanması ilə əlaqədar sentyabr ayının 6-dan xəttin stansiyaları ("Avtovağzal”, "Memar Əcəmi” və "8 Noyabr”) sərnişinlərin girişinə 30 dəqiqə daha tez, saat 23:30-da bağlanaraq, qatarların hərəkətinə məhdudiyyətlər qoyulmuşdu.
"Bakı Metropoliteni" QSC-dən  verilən xəbərə görə, həmin işlərin birinci mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb. Sərnişinlər adi iş rejimi qaydasında Bənövşəyi xəttin stansiyalarının xidmətindən istifadə edə bilərlər. Xətt üzrə "Avtovağzal”, "Memar Əcəmi” və "8 Noyabr” stansiyaları saat 24:00-a qədər sərnişinlərin girişinə açıqdır.