04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə musiqiçisi Onur Şənər öldürülüb

03.10.2022

Türkiyə müsiqiçisi Onur Şənər Ankarada əyləncə mərkəzlərinin birində döyülərək öldürülüb.

"DM" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, 3 nəfər evə getmək üçün iş yerindən çıxan Onur Şənərə butulka ilə hücum edib. Hadisəni görən vətəndaşlar dərhal polisə xəbər verib. Boğazındakı şüşə parçaları ilə ağır yaralanan və xəstəxanaya göndərilən Şənər bütün müdaxilələrə baxmayaraq, dünyasını dəyişib.

İddiaya görə, buna səbəb sözügedən 3 nəfərin Şənərə mahnı sifariş etməsi, Şənərin isə bilmədiyini deyərək, bundan imtina etməsi olub.

Qeyd edək ki, "O səs Türkiyə"”ə "Show Must Go On" mahnısı ilə yadda qalan Onur Şənər Hadisə ilə də duet oxuyub. Gənc musiqiçi ailəlidir və bir qızı var.