04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polkovnik ermənilərin “güllələnmə səhnəsini” ifşa edib

03.10.2022

Qafqaz Tarixi Mərkəzinin Türkiyə üzrə təmsilçisi, ehtiyatda olan polkovnik Akif Qasımov Azərbaycan hərbçilərinin "erməni əsirləri” güllələməsi ilə bağlı yayılan görüntüləri ifşa edib.

"DM" xəbər verir ki, o, videonun qısa təhlilini tərtib edib.

A.Qasımovun sözlərinə görə, "hücum edən” azərbaycanlı hərbi qulluqçuların üzündə və hərəkətlərində bir neçə metrlik zirvəni alan insanlara məxsus fiziki yorğunluq, təngnəfəslik kimi əlamətlər müşahidə edilmir.

Səhnədə yer alan bütün hərbi geyimli şəxslərin geyimləri yenidir, üzərində çirklənmə izləri yoxdur.

Ehtiyatda olan polkovnik qeyd edib ki, Azərbaycan ordusunda "Atəş açmayın" əmrindən sonra atəşin açılması mümkün deyil. Hərbi heyət nizam-intizam qaydalarına xüsusi önəm verir. Əmrə itaətsizlik və digər icazəsiz əməllərin məsuliyyəti bu cür özbaşınalıq hallarını sıfra endirir.

A.Qasımov videonun saxta olduğunu sübut edən ən önəmli detalı da vurğulayıb:

"Atəş açanlardan biri güllələri avtomatik silahla, amma digərləri "tək-tək" halda atır.

Avtomatik atan "Kalaşnikov” silahının lüləsində gümüşü rəngli qurğunun taxıldığı görünür. Bu qurğu avtomatik atışı təmin etmək üçün istifadə edilir. O olmasa, silah güllələri tək-tək atır. Yəni, ehtimal odur ki, həmin güllələr təlimlərdə istifadə olunur və ya filmlər üçün nəzərdə tutulub. Güllələrin "dəydiyi" yerlərin görüntüsü isə filmlərdəki imitasiya vasitələrindən istifadə edilməsi ehtimalını yüksəldir. Tək-tək atışla "cəsədlərdə", daha doğrusu, onların arasında saxlanılan "güllə yerlərindən” ağ toz qalxır. Həmin ağ toz pirotexniki effektin nəticəsidir. Ondan əlavə, heç kim yaxın məsafədən daşa atəş açmaz, ələlxüsus hazırlıq görmüş əsgər. Bu görüntüləri Ermənistanın xüsusi orqanlarının məhsulu olduğunu və Azərbaycanın imicinə zərbə vuracaq vasitə hesab edirəm”.