04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər

03.10.2022

Almaniya, Fransa, Danimarka, İspaniya, İtaliya və Çexiya qadın haqları ilə bağlı etirazları yatırdığı üçün İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı Avropa İttifaqına (Aİ) təkliflər təqdim edib.

"DM" xəbər verir ki, bu barədə "Spiegel" məlumatlı mənbələrə istinadən bildirib.

Mənbələrin verdiyi məlumata görə, təklif edilən sanksiyalar Məsiha Əminin həbsdə öldürülməsi ilə alovlanan ümummilli etirazların dayandırılmasına görə məsuliyyət daşıyan 16 şəxsi, təşkilatı və qurumu hədəf alır.

Sanksiyalarla bağlı təkliflərin oktyabrın 17-də keçiriləcək Aİ ölkələrinin XİN rəhbərlərinin iclasında müzakirəsi gözlənilir.