04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əhaliyə XƏBƏRDARLIQ: Maqnit qasırğası davam edəcək

03.10.2022

Son üç gün ərzində Günəş aktivliyi yüksək səviyyədə olub. Günəş səthində aktiv oblastlarda radiosiqnalların orta təsirli - güclü kəsilmələrinə səbəb olan M və radiosiqnalların daha güclü kəsilmələrini yaradan böyük X1 alışmaları baş verib.

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının məlumatına görə, oktyabrın 1-də baş verən üç tac kütlə atılmasının analizi göstərib ki, sonuncu tac kütlə atılması özündən əvvəlki iki tac kütlə atılmasını qabaqlayaraq Yerə daha tez - oktyabrın 4-də gecə saatlarında çatacaq. 3-5 oktyabr tarixləri üçün Günəş aktivliyi yüksək səviyyədə olacaq.

Oktyabrın 1-də baş vermiş tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində oktyabrın 3-də geomaqnit sahədə mülayim, oktyabrın 4-də isə orta-mülayim səviyyəli geomaqnit qasırğası yaranacaq. Oktyabrın 5-də geomaqnit sahə sakit və aktiv səviyyədə olacaq.

Oktyabrın 3-də Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 70% və X sinif alışmalar üçün isə 30%-dir.