Ceyhun Bayramov İsveçrənin dövlət katibi ilə görüşüb 
    
                          
     
                         03.10.2022
 
    
                        Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə dövlət katibi Livia Leunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb.
Bu barədə Ceyhun Bayramov özünün "Twitter” hesabında yazıb.
"Mən İsveçrə tərəfinə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm”, - nazir qeyd edib.
Xatırladaq ki, oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.