04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran təyyarəsində bomba: Dehli qırıcı qaldırıb

03.10.2022

İran aviaşirkəti Hindistan səmasında uçan təyyarəsində bomba təhlükəsi barədə Dehli aviasiya rəhbərliyinə məlumat verib.

"DM" xəbər verir ki, bu barədə ANI xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Hindistanın hava məkanında olan İran sərnişin təyyarəsinin göyərtəsində bomba təhlükəsi olduğu bildirilib. Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qalxıb”, - məlumatda deyilir.

Agentliyin məlumatına görə, "Mahan Eyr” Dehlidə təcili eniş tələb edən bomba ilə bağlı mesaj aldıqdan sonra Dehli Hava Limanının Hava Nəqliyyatı İdarəsi ilə əlaqə saxlayıb:

"Dehli hava nəqliyyatı idarəsi təyyarəyə Caypura getməyi təklif edib, lakin təyyarənin pilotu bundan imtina edib və Hindistanın hava məkanını tərk edib”.

Qeyd olunur ki, təyyarə Tehrandan havaya qalxıb və Quançjouya enməlidir.