20 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Solovyov: Nüvə ilə ilk növbədə ABŞ-ı vurarıq

30.09.2022

Amerika birləşmiş ştatlarının rəsmiləri bildirib ki, Rusiya nüvə silahı ilə Ukraynanı vursa, Vaşinqton bütün hərbi arsenalını Moskvaya tərəf yönəldəcək.

"DM" xəbər verir ki, bu barədə "Rossiya 1" telekanalının efirində rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib.

"Vaşinqton elə danışır ki, elə bil qutunun içində oturub. Onlar düşünmür ki, biz strateji nüvə silahını işə salmaq niyyətində olsaq, elə birinci Amerikanın özünü vurarıq? Bununla paralel Donald Tramp əməlli-başlı analiz qabiliyyətinə malik birisi kimi özünü göstərə bildi. Onun Rusiya ilə bağlı ritorikası Ag Evin siyasətindən tam olaraq fərqlənir. Amma Bayden özünü dəli kimi aparır. Bu insanın əlinin altında isə "qırmızı düymə” var. Görün, dünyanın taleyi kimin əlindədir”, - deyə o qeyd edib.