25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pentaqon Ukraynaya kömək üçün yeni komandanlıq yaradacaq

30.09.2022

ABŞ-ın müdafiə qurumu ölkənin və müttəfiqlərinin Ukrayna ordusuna keçdiyi təlimlər və təchizat məsələlərini yenidən nəzərdən keçirmək qərarına gəlib.

Təklif fevral ayında Rusiyanın işğalından sonra qurulan təlim və yardım sistemini sadələşdirəcək. Rəsmilərin verdikləri məlumata görə, sistem ABŞ-ın yüksək rütbəli generalının başçılıq etdiyi komandanlığın tabeliyinə veriləcək. Komandanlığın vahid mərkəzi Almaniyada yerləşəcək.

Beləliklə, general Kristofer Kavoli müdafiə naziri Lloyd Ostinə Ukraynaya yardım sisteminin dəyişdirilməsini təklif edib. Təklif qəbul edilib və hazırda Ostinin köməkçiləri tərəfindən araşdırılır. Yeni komandanlığın yaradılması planı üzərində düşünülür və artıq yaxın həftələrdə qərarın qəbul edilə biləcəyi qeyd edilir.

Mənbə: UNİAN