24 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dövlət Agentliyinə yeni Aparat rəhbəri təyin olunub

30.09.2022

Əqli Mülkiyyət Agentliyinin strukturunda yeni kadr təyinatları olub.

"DM”-nın əldə etdiyi məlumata görə, Natiq İsayev dövlət qulluğunda çalışmanın son yaş həddinə çatdığına görə Agentliyin Aparat rəhbəri vəzifəsindən könüllü pensiyaya çıxıb və onun yerinə Xudayət Həsənli təyin olunub.

X.Həsənli daha əvvəl Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru vəzifəsində çalışıb. Hazırda həmin mərkəzin direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Anar Hüseynov icra edir.

Bundan əlavə, Agentliyin Əqli mülkiyyətin təhlili və siyasəti şöbəsinin müdiri Rüstəm Ağayev də dövlət qulluğunda çalışmanın son yaş həddinə çatdığına görə könüllü pensiyaya çıxıb.
Onun yerinə Rəcəf Orucov təyin olunub.