27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid Azad Rzayevin DOĞUM GÜNÜDÜR

10.10.2018

 Azad Rzayev 1965-ci il oktyabrın 10-da Bakıda anadan olub. Dərin Dəniz Özülləri zavodunda işləyirdi. İki qızı vardı.

Yanvarın 20-də gecə saat 00.04-də Rzayev Azad, Rzayev İlham «KAMAZ» markalı maşında Bakıya gələrkən Ələt qəsəbəsinin 2 km-də UAZ-469 hərbi maşını bu maşını ötüb keçmiş və onlara güllə atmağa başlamışdır. «KAMAZ» maşınının qabaq və yan şüşələri tamamilə sıradan çıxmışdır. Sürücü mümkün qədər hadisədən qaçmaq istəmiş, lakin buna müvəffəq olmamışdır. Azad Rzayev ağır güllə yarası almışdır. O, Qobustan rayon xəstəxanasına çatdırılıb, lakin onu qəbul etməyiblər. Hərbi xəstəxanaya yerləşdirilməli olduğunu qeyd ediblər. Yolda olarkən Azad Rzayev şəhid olmuşdur.
Qobustan qəbiristanlığında dəfn edilib.