16 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024
11/03/2024

Zelenski azərbaycanlını təltif edib

29.09.2022

Vladimir Zelenski müharibədə iştirak edən hərbçiləri "Ukraynaya hərbi xidmət” medalı ilə təltif edib. Təltif olunanlar arasında azərbaycanlı Vitali Maşallah oğlu Əmirşahov da var.

"DM" xəbər verir ki, bu haqda "Birlik” Odessa Azərbaycanlıları diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu məlumat yayıb.

"Ukraynaya hərbi xidmət” medalı alanlar arasında kiçik çavuş Vitali Maşallah oğlu Əmirşahov da var. Əmirşahov Vitalinin həm atası, həm anası azərbaycanlıdır, Ukraynada doğulub. Ataları dünyasını dəyişib. Hazırda anası, xanımı, övladları ilə yaşayır. Vitali könüllü şəkildə kiçik qardaşı ilə bərabər döyüşlərə qatılıb. Cənub cəbhəsində savaşır”, - o qeyd edib.