25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alla Puqaçova Rusiyanı tərk edib - VİDEO

29.09.2022

Alla Puqaçova Rusiyanı tərk edib.

İlkin məlumatlara görə, sənətçi övladları ilə birlikdə Moskvanın Vnukovo hava limanından İsrailə uçub.

Müğənninin ölkəyə nə vaxt qayıdacağı məlum deyil. Puqaçova geri dönüş bileti almayıb.

Rusiyanın primadonnasının "Chevrolet Express”lə əvvəlcə hava limanına gətirilməsi, sonra isə oradan ayrılması ilə bağlı görüntülər var. Eyni avtomobillə Puqaçova sentyabrın 1-də uşaqları məktəbə aparıb.

Ukrayna ilə Rusiya arasında müharibə başlayanda Alla Puqaçova uşaqları və həyat yoldaşı Maksim Qalkinlə İsrailə uçub.

Avqustun sonunda sənətçi Rusiyaya qayıdaraq uşaqları məktəbə göndərib. Sonra Qalkin xarici agent kimi tanınıb. Müğənni bundan sonra onun da xarici agent kimi tanınmaq istədiyi barədə post dərc edib. Onun Rusiya ordusunu nüfuzdan salması yoxlanılır.


Mənbə: İzvestiya