28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ”ın oyunlarının biletləri satışda

10.10.2018

Ağdamın "Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü və dördüncü turunda Ukraynanın "Vorskla” və Portuqaliyanın "Sportinq” komandaları ilə Bakıda keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.
"Dövran Media" xəbər verir ki, öncə Ağdam təmsilçisi oktyabrın 25-də "E” qrupunun üçüncü turunda Bakı Olimpiya stadionunda Ukrayna təmsilçisi ilə qarşılaşacaq. Noyabrın 29-da isə Qurban Qurbanovun yetirmələri Portuqaliyanın "Sportinq” klubunu qəbul edəcək.
Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.