28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: Avropa mobil rabitəsiz qala bilər

29.09.2022

Avropa ölkələrinin bu qış enerji böhranı səbəbindən mobil rabitəsiz qalmaq riski var.

Bu barədə "DM" "Reuters"a istinadən xəbər verir.

"Elektrik kəsilməsi və ya onun norma ilə verilməsi regiondakı mobil şəbəkələrin hissələrinə təsir edərsə, bu qış bütün Avropada mobil telefonlar sönə bilər”, - məlumatda bildirilir.

Agentliyin məlumatına görə, "Nokia” və "Ericsson” kimi operatorlar hökumətlərin kritik xidmətlərin təhlükəsizliyini təmin etmək üçün bir planı olduğundan əmin olmaq üçün hökumətlərlə işləyirlər. Bununla belə, "onilliklər boyu fasiləsiz qidalanmaya öyrəşmiş” Avropanın elektrik enerjisinin kütləvi kəsilməsinin öhdəsindən gəlmək üçün kifayət qədər ehtiyat sistemləri yoxdur.

Fransa Telekommunikasiya Operatorları Federasiyasının prezidenti Liza Bellulo "Reuters"ə bildirib ki, region ölkələri "elektrik enerjisinin sabit olduğu Avropanın böyük hissələrində bir qədər ərköyün ola bilər". Kifayət qədər sərmayə qoyulmadığından, xüsusilə Paris ölkənin bütün antenalarını yeni batareyalarla təmin edə bilməyəcək.