29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda yük maşınları toqquşub: xəsarət alan var - Video

29.09.2022

29 sentyabr 2022-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Qaradağ rayonu üzrə xilasedicilər qrupu dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, "Kamaz" və MAN markalı yük avtomobillərinin toqquşması ilə baş verən yol-qəza hadisəsi nəticəsində "Kamaz" markalı yük avtomobilinin sərnişini 1975-ci il təvəllüdlü Zaur Şəmsəddin oğlu Kadirov avtomobildə sıxılı vəziyyətdə qalaraq köməyə ehtiyacı yaranıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə Z.Kadirovu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.