29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

XİN rəsmisi erməni təxribatları barədə: “Danışıqları pozmaq üçün yeni bəhanədir”

29.09.2022

"Ermənistan növbəti saxta ittihamla çıxış edib”.

"DM"-nın məlumatına əsasən, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün "Twitter” səhifəsində yazıb.

"İrəvan eyni ssenarini təkrarlayır. Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edir”, - deyə o əlavə edib.

XİN rəsmisi qeyd edib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir: "Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.