Paytaxtda yol polisini maşın vurub 
    
                         
     
                         29.09.2022
 
    
                        Bu gün Neftçilər prospektində yol hərəkətini tənzimləyən polisi maşın vurub.
"DM"-nın məlumatına görə, Ramin Ağamalıyev ərazidə xidmət apararkən hərəkətdə olan maşın onu vurub. Xəsarət alan polis xəstəxanaya yerləşdirilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, faktla bağlı araşdırma aparılır:
"Baş verən hadisə zamanı yaralanan polis əməkdaşı hospitala yerləşdirilib”.