09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Müharibə iştirakçısı faciəvi şəkildə ölüb

28.09.2022

Göyçay rayonunda otbiçən maşının mühərrikinin partlaması nəticəsində yaralanan Cavid Məcidov vəfat edib.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

14:05

Göyçay rayonunda otbiçən maşının mühərriki partlayıb, ata-oğul yaralanıb.

"DM"  Report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 27-də rayonun İnçə kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Cavid Məcidov otbiçən maşının mühərrikini işə salmağa çalışıb. Bu zaman mühərrik partlayıb və yanğın başlayıb. Yaxınlıqda olan C.Məcidovun atası, 1966-cı il təvəllüdlü Sərvər Məcidov yanğını söndürməyə cəhd edib. Nəticədə hər iki şəxs ağır xəsarət alıb. Daha sonra onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda atanın vəziyyəti normaldır. Lakin həkimlər C.Məcidovun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, C.Məcidov Vətən müharibəsi iştirakçısıdır.