28 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Makqreqorun məşqçisi Nurməhəmmədovu dəstəklədi

10.10.2018

MMA üzrə döyüşçü Konor Makqreqorun məşqçisi Con Kavan "PowerfulJRE” YouTube-kanalına müsahibəsində irlandiyalı ilə döyüşdən sonra Həbib Nurməhəmmədovun davasını şərh edib. 
"Dövran Media" bununla bağlı Lenta.ru-ya istinadla məlumat yayıb. 
"Ümid edirəm ki, Nevada idman komissiyası Həbibi cəzalandırmayacaq. Təkcə Konorla revanş üçün deyil, sadəcə onun döyüşməsi mənim xoşuma gəlir. Onun reaksiyasını başa düşdüm, ancaq yoldaşlarının yox. Həbib sadəcə oktaqondan atılıb, bu, dünyanın axırı deyil”, - məşqçi deyib. 
Onun sözlərinə görə, Makqreqorun digər məşqçisi Dillon Denis Nurməhəmmədovun komandasına toxunmaq istəməyib. 
Həbib tərəfindən döyülən məşqçi erməni imiş - VİDEO
"Mən Dillonun yanında dayanmışdım. Mən onun nə etdiyini görmürdüm, ancaq dəqiq bilirəm ki, pis heç nə deməyib. Ancaq başa düşdüm ki, o, Həbibi təhrik etdi”
Qeyd edək ki, dağıstanlı Həbib Nurməhəmmədov oktyabrın 6-da Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Konorun məşqçisi Dilon Denisi onun dinini təhqir etdiyinə görə döyüb.