29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bir ildə ölkədə 15-29 yaş arası olanlar arasında 76 878 ölüm qeydə alınıb - SƏBƏBLƏR

28.09.2022

Azərbaycanda keçən il 15-29 yaş arası olanlar arasında 76 878 ölüm faktı qeydə alınıb.

"DM” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölənlərdən 40 261-i kişi, 36 617-si qadın olub.

15-19 yaşda ölənlərin sayı 437, 20-24 yaşda ölənlərin sayı 545, 25-29 yaşda ölənlərin sayı isə 725 nəfər olub.

Kişilərin ölüm səbəbi sırasında hər 100 min nəfərindən 2,9-u bəzi infeksion və parazitar xəstəliklər, 4,2-si yenitörəmələr, 10,6-sı qan dövranı sisteminin xəstəlikləri, 3,2-si tənəffüs sistemi xəstəlikləri, 1,8-i həzm sisteminin xəstəlikləri, 1,4-ü sidik-cinsiyyət sisteminin xəstəlikləri, 68,8-i isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri yer alıb.

Qadınların ölüm səbəbinə gəlincə, ər 100 min nəfərindən 3,2-si bəzi infeksion və parazitar xəstəliklər, 4,8-i yenitörəmələr, 7,7-si qan dövranı sisteminin xəstəlikləri, 2,3-ü tənəffüs sistemi xəstəlikləri, 1,2-si həzm sisteminin xəstəlikləri, 1,3-ü sidik-cinsiyyət sisteminin xəstəlikləri, 14,1-i isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri qərarlaşıb.