29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vitold de Şevilli : “Zəngəzur dəhlizi Şərq ilə Qərbi birləşdirən qovşaq olacaq”

28.09.2022

"Zəngəzur dəhlizi regionda nəqliyyat-logistika kommunikasiyalarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu dəhliz Şərq ilə Qərbi birləşdirən qovşaq olacaq”.

"DM" "Report”a istinadən  xəbər verir ki, bunu Bakıda keçirilən Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı Belçikanın "New direction” Beyin Mərkəzinin icraçı direktoru Vitold de Şevilli deyib.

O, rəhbərlik etdiyi mərkəzin Azərbaycanda bir sıra beyin mərkəzləri ilə əməkdaşlıq etdiyini bildirib.

Onun sözlərinə görə, "New direction” enerji təhlükəsizliyi və Avropa İttifaqının Rusiya qazından asılılıqdan necə qurtula biləcəyi ilə bağlı araşdırmalar aparır.