28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şamaxı Astrofizika Rəsədxanası NASA ilə əməkdaşlıq edir

10.10.2018

ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) Günəş sisteminin öyrənilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə mütəmadi əməkdaşlıq edir.
AMEA-dan bildirilib ki, NASA-nın Günəş-Yer Fizikası departamentinin rəhbəri Nat Qopalsvami Azərbaycanın son illərdə kosmik ölkələr cərgəsinə uğurla daxil olduğunu və qurumun konfrans, seminarlarında fəal iştirak etdiyini vurğulayıb.
Azərbaycanın kosmik hava beynəlxalq təşəbbüsünə 2005-ci ildə qoşulduğunu xatırladan N.Qopalsvami ŞAR-ın NASA-nın məlumat əldə etdiyi 80 astronomiya kompleksindən biri olduğunu vurğulayıb.