30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bolqarıstan öz vətəndaşlarını təcili olaraq Rusiyanı tərk etməyə çağırıb

27.09.2022

Bolqarıstan hökuməti hazırda Rusiyada olan vətəndaşlarını təcili olaraq ölkəni tərk etməyə çağırıb.

Eyni zamanda Rusiya Federasiyasına səfərdən çəkinmələri də xahiş olunub. Buna səbəb Rusiyada elan olunan qismən səfərbərlikdir.

Bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat verib.

"Vəziyyətin pisləşməsi ilə əlaqədar Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına səfərdən çəkinməyə çağırır. Həmçinin Rusiya Federasiyasında olan Bolqarıstan vətəndaşlarına əlçatan nəqliyyat vasitələrindən istifadə edərək ölkəni mümkün qədər tez tərk etmələrini tövsiyə edir”, - deyə məlumatda deyilir.

Eyni zamanda Rusiya ərazisində qalan Bolqarıstan vətəndaşlarına daha ayıq-sayıq olmaq, insanların sıx toplaşdıqları yerlərdən uzaq durmaq, vəziyyətin gedişatını və inkişaf xəttini diqqətdə saxlamaq məsləhət görülür.

Mənbə: RBC-Ukrayna