27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran xalqı “Xameneiyə ölüm” şüarı ilə yenidən küçələrə axışıb

27.09.2022

İranın Mərivan şəhərinin əhalisi ümummilli etirazların 11-ci günündə küçələrə çıxaraq "Xameneiyə ölüm!” şüarı səsləndiriblər.

"Azad İran” "Telegram” kanalı xəbər verir ki, etirazçılar hökumət rəhbərliyinin repressiv siyasətinə qarşı, eləcə də "diktatora ölüm, "bacımı kim öldürübsə, mən onu öldürəcəyəm” deyə etiraz səslərini ucaldıblar.

Camaatın qəzəbinə tuş gəlməkdən qorxuya düşən polis və xüsusi təyinatlı qüvvələr onlara yaxınlaşmağa cürət etmirlər. Hökumət qüvvələri etirazları yatırtmaq üçün interneti kəsib, lakin insanlar bu məhdudiyyətlərə baxmayaraq, etirazlarını davam etdiriblər.