27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiya Rusiyadan üzr istəməsini tələb edib

27.09.2022

Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzin Yaponiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb Yaponiya səfiri Motoka Tatsunorinin məxfi məlumat topladığı ittihamı ilə Vladivostokda saxlanılması olub. Yaponiya bu hadisəyə görə Rusiyanın rəsmi şəkildə üzr istəməsini tələb edib.

"Rusiya tərəfinə bununla bağlı rəsmi üzr istəməsi, həmçinin belə halların təkrarlanmaması üçün tədbirlər görülməsi tələbi ilə etiraz irəli sürülüb”, - deyə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib. Eyni zamanda Tokio Rusiya tərəfini bu etiraza ciddi yanaşmağa çağırıb.

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşinin sözlərinə görə, konsulun hər hansı qeyri-qanuni fəaliyyətlə məşğul olmasına dair heç bir sübut yoxdur.

O, həmçinin Rusiya tərəfinin hərəkətlərinin Vyana Konvensiyasının normalarına uyğun olmadığını vurğulayıb.

Mənbə: Lenta.ru