28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəlzələ 2 mindən çox adamın həyatına SON QOYDU

09.10.2018

İndoneziyanın Mərkəzi Sulavesi əyalətində baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sayı 2010 nəfərə çatıb, təxminən 5 min nəfər itkin düşmüş sayılır.
Sinxua informasiya agentliyi xəbər verir ki, İndoneziyanın xilasetmə xidməti oktyabrın 11-də həlak olanların axtarışını dayandıracaq.
Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,5 bal gücündə zəlzələ və sonrakı günlərdə 360-dan çox yeraltı təkan baş verib. Zəlzələnin ardından İndoneziya sahilləri 5-7 metr hündürlüyündə sunaminin təsirinə məruz qalıb. Təbii fəlakətdən zərər çəkən bölgələrdə 67 min ev dağılıb, 83 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb.
İndoneziya Sakit okean odlu dairəsi adlandırılan güclü tektonik qırılma zonasının bir hissəsidir. Yer kürəsinin bu rayonunda ən aktiv tektonik plitələr yerləşir. Seysmoloqlar hər il burada maqnitudası 4 baldan yuxarı 6-7 min zəlzələ qeydə alırlar.