28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaxın vaxtlarda Şuşa, Ağdam və Cəbrayılda tikilən məktəblər istifadəyə veriləcək

27.09.2022

"İşğaldan azad edilən ərazilərimizdə yeni məktəblər tikilir”.

"DM" xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Zəngilanda inşa edilən məktəbdə artıq ilk tədris ilinə başlanıldı:

"Yaxın vaxtlarda Şuşada, Ağdamda, Cəbrayılda da tikilən yeni məktəb binaları istifadəyə veriləcək”.

O qeyd edib ki, 600-ə yaxın abidə, mədəniyyət ocağı, 1000-ə yaxın təhsil müəssisəsi dağıdılıb:

"Bu istiqamətdə və təhsil sahəsində yeni layihələr həyata keçirilir. Bu günləri bizə qismət edən şanlı ordumuz və ordumuzun şəhid olan mənsublarıdır. Allah şəhidlərə rəhmət eləsin”.