27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Maykl” fırtınası ABŞ sahillərinə doğru irəliləyir

09.10.2018

Meksika körfəzində formalaşan "Maykl” fırtınası ikinci kateqoriyayadək güclənib.
RİA Novosti informasiya agentliyi xəbər verir ki, hazırda Panama Siti şəhərindən (Florida ştatı) 630 kilometr cənubda yerləşən "Maykl” saatda 19 kilometr sürətlə ABŞ sahillərinə doğru irəliləyir. Küləyin sürəti saatda 155 kilometrə çatır. Meteoroloqlar Meksika körfəzinin şimal-şərq sahillərində mümkün güclü yağışlar və külək barədə xəbərdarlıq ediblər.
Yaxınlaşan fırtına ilə bağlı ABŞ-ın Alabama və Florida ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Ötən gün "Maykl” Salvador, Nikaraqua və Honduras sahillərini vurub. Təbii fəlakət Mərkəzi Amerikada azı 13 nəfərin həyatına son qoyub.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, hakimiyyət orqanları "Maykl” fırtınasının gəlişinə hazırdır. Fövqəladə Hallar Agentliyi lazım olan bütün köməyi göstərəcək.