03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və Rusiya arasında yeni komissiya yaradılır

26.09.2022

Rusiya və Azərbaycan arasında yüksək səviyyəli parlamentlərarası komissiya yaradılacaq.

Bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib.

"Azərbaycan və Rusiya parlamentləri Vyaçeslav Volodinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlərində müzakirə edilən məsələlər və parlament komponenti ilə məşğul olacaq yüksək səviyyəli Komissiyanın yaradılması barədə razılığa gəliblər. Rusiya tərəfindən yüksək səviyyəli komissiyaya Dövlət Dumasının sədr müavini Aleksey Qordeyev rəhbərlik edəcək", - Kalaşnikov bildirib.

Kalaşnikovun sözlərinə görə, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Rusiya Dövlət Dumasında möhtəşəm sərginin təşkil olunması planlaşdırılır.