02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstan sərhədi yaxınlığında zirehli texnika yerləşdirilməsinə Rusiyadan açıqlama - VİDEO

26.09.2022

Gürcüstan sərhədi yaxınlığında zirehli texnikaların hərəkəti müşahidə olunub.

Rusiya Federal Təhlükəsizlik Xidmətindən bu barədə açıqlama verilib.

Bildirilib ki, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsinə zirehli transportyorun yerləşdirilməsi blokpost məqsədi daşımır.

"Yuxarı Lars keçid-buraxılış məntəqəsində blokpostun yaradılması haqqında məlumat saxtadır. Zirehli transportyorun oraya yerləşdirilməsi keçid məntəqəsi qurmaq məqsədi daşımır. Kobud desək, bu, hər ehtimala qarşı rezerv rolunu oynayır. Ehtiyatda olan hərbçilər keçid məntəqəsini yarmaq və heç bir sərhəd rəsmiləşdirməsi olmadan ölkəni tərk etmək istəyərlərsə, bunun qarşısının alınması üçün yerləşdirilir. Ancaq bu məqsədlə. Heç bir blokpostun qoyulmasından söhbət getmir”, - deyə qurumun nümayəndəsi vurğulayıb.

Qurumdan həmçinin bildirilib ki, hazırda keçid-buraxılış məntəqəsi normal rejimdə işləyir. Hərbi yaşda olan kişi vətəndaşların çıxışına da heç bir məhdudiyyət qoyulmayıb.

Mənbə: RBC.ru