28 09 2023-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqlayıb

26.09.2022

"Azərbaycan Hava Yolları” QSC Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin maksimal dəyərini açıqlayıb.

Aviaşirkətdən bildirilib ki, biletlərin maksimal qiyməti ekonom sinif üzrə 409 avro, biznes sinfi üzrə 769 avro, "VIP Club” tarifi üzrə isə 869 avrodur.

AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın "Aeroflot”, "Rossiya”, "Utair”, "Azimuth” və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümündən və bir sıra digər kriteriyalardan asılıdır.