02 12 2022-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
02/12/2022
01/12/2022

Səfərbərliyə çağırılan rusiyalı özünü yandırıb - VİDEO

26.09.2022

Rusiyada qismən səfərbərlik elan olunandan sonra məntəqələrdə çağırışçılarla bağlı daha bir hadisə qeydə alınıb. Belə ki, Ryazanda "Mərkəzi” avtovağzalda səfərbər olunanlardan biri özünü yandırıb.

Hadisə şahidinin sözlərinə görə, səfərbər olunan şəxs Ukraynaya döyüşməyə getmək istəmədiyi üçün belə bir addım atıb.

"O, avtobusların olduğu küçədə dayanmışdı və Ukraynada keçirilən xüsusi əməliyyatda iştirak etmək istəmədiyini qışqırırdı. Birdən yanmağa başladı. Bütün paltarı yandı... Sonra təcili yardım gəldi və onu apardı”, - deyə hadisə şahidi bildirib.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.


Qeyd edək ki, bu gün Ust-İlimskdə bir nəfər çağırış məntəqəsində hərbi komissara atəş açıb və onu ağır yaralayıb, Uryupinskdə isə 35 yaşlı şəxs hərbi komissarlığın qarşısına park etdiyi avtomobilini yandırıb.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bununla bağlı sərəncam artıq imzalanıb və Kremlin saytında dərc olunub. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-dən başlayıb. Bundan başqa, Putin sentyabrın 24-də Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. Dəyişikliyə əsasən, fərarilər və çağırışa baxmayaraq hərbi xidmətə getməyən əsgərlər 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

Mənbə: Sakha News