02 12 2022-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
02/12/2022
01/12/2022

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun növbəti iclası keçirilib - FOTO

26.09.2022

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) növbəti iclası Dnepr şəhərində keçirilib.

Dnepr Azərbaycanlıları Liqasının (LAD) mərkəzi ofisində təşkil olunmuş tədbirdə giriş sözü söyləyən LAD rəhbəri Sərxoş İsmayılov Dnepr vilayətindəki Azərbaycan diasporunun cari vəzifələri və vəziyyəti barədə ətraflı danışıb. Digər natiqlər də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsilə bağlı Azərbaycan diasporunun fəaliyyətini artırması, o cümlədən Ukrayna ordusuna, mülki əhaliyə göstərilən yardımlar barədə məlumat veriblər.

Daha sonra çıxış edən UABD sədri Hikmət Cavad qeyd edib ki, təşkilatın vilayət bölmələri qəbul edilən iş planlarına əsasən fəaliyyət göstərirlər:

"Ukrayna üçün bu çətin dövrdə Azərbaycan diasporu yüksək intizam göstərərək vətəndaşlıq borcuna sədaqət nümunəsi ortaya qoyub”.

UABD-nin Dnepr üzrə nümayəndəsi Eldar Tağıyev cari ildə gördükləri təbliğat işlərindən danışıb. Təşkilatın Krivoy Roq şəhəri üzrə nümayəndəsi Kəmaləddin Ağayev də həmin şəhərdə yaşayan azərbaycanlıların vəziyyətinə dair məruzə edib.

Daha sonra diaspor fəalları Dnepr şəhərində Azərbaycan məktəbinin yeni tədris ilinin açılışında iştirak ediblər. Belə ki, Ukraynada müharibə vəziyyətinə baxmayaraq həmin təhsil ocağı yenidən qapılarını uşaqların üzünə açıb. 20 ildir ki, fəaliyyət göstərən məktəbdə azərbaycanlı övladlarına Ana dili, vətənin tarixi və mədəniyyəti fənləri tədris edilir.

Xatırladaq ki, ötən həftə UABD-nin toplantıları Lvov və Kiyev şəhərlərində keçirilib.
Diaspor sədri Hikmət Cavadın dəvətilə Ukrayna Ali Radasının deputatları da paytaxtdakı toplantıda iştirak edərək müzakirələrə qoşulublar.