18 09 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Metronun yeni qatarları bu həftə Bakıya çatdırılacaq

26.09.2022

"Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında istehsal olunan iki yeni qatar Rusiyadan yola salınıb və yaxın günlərdə Bakıya gətiriləcək.

Bunu  Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, sazlama, sınaq və tənzimləmə işlərindən sonra qatarlar xəttə buraxılacaq.

"Oktyabr ayı ərzində isə daha iki qatar Bakıya gətiriləcək. Onlar da eyni qaydada - təchizat, sınaq, tənzimləmə və sazlama işlərindən sonra xəttə buraxılacaq. Bu işlər planlı şəkildə, mövcud inventar parkının, istismar müddətini başa vuran vaqonların əvəzinə tətbiq edilməsi şərti ilə həyata keçirilir”, - deyə Bəxtiyar Məmmədov qeyd edib.