02 12 2022-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
02/12/2022
01/12/2022

Britaniya baş naziri: “Ukraynalılar Putini aldatdılar”

26.09.2022

"Rusiya prezidentinin qismən səfərbərlik elan etməsi ukraynalıların Putini aldadıb önə keçdiklərini göstərir”.

Bunu CNN-ə müsahibəsində Böyük Britaniyanın Baş naziri Liz Trass deyib.

Trassın sözlərinə görə, Putin məğlub olduğunu gördüyü üçün dərhal hərbi eskalasiya əmri verib.

"O, Ukraynanı işğal etməklə strateji səhvə yol verdi.

Düşünürəm ki, ukraynalılar Putini aldadıb önə keçdilər. Biz ukraynalıların Rusiyanın hücumunu necə dəf etdiklərini gördük. Məncə, o, azad dünyadan sərt reaksiya gözləmirdi”, - deyə baş nazir qeyd edib.

Onun sözlərinə görə, Qərb Ukraynadakı müharibədən nəticə çıxarmalıdır.

"Fakt budur ki, azad dünya ilkin mərhələdə Putini bu dəhşətli müharibəyə başlamağa həvəsləndirdi. Və biz dünyanın başqa yerlərində də oxşar vəziyyətin yaranmasına imkan verə bilmərik”, - deyə Trass vurğulayıb.

Liz Trass müttəfiqlərini Ukraynaya güclü dəstəyi davam etdirməyə çağırıb.

Mənbə: Yevropeyskaya pravda