Vyaçeslav Volodin Şəhidlər xiyabanında - Foto 
    
                          
     
                         26.09.2022
 
    
                        Sentyabrın 25-də Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub.
"DM" xəbər verir ki, o, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüb.
Sonra Şəhidlər xiyabanını ziyarət edən nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğul və qızlarının xatirəsini ehtiramla yad edərək, məzarları üzərinə çiçək düzüb. Vyaçeslav Volodin "Əbədi məşəl” memorialının önünə əklil qoyub.