29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada məktəbə silahlı basqın olub - Video

26.09.2022

Rusiyanın İjevsk şəhərindəki 88 saylı orta məktəbdə atışma baş verib.

"DM" xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, naməlum şəxs öncə məktəbin mühafizəçisini güllələyib. Daha sonra məktəbə daxil olaraq məktəblilərə atəş açmağa başlayıb.

Yaralıların olduğu bildirilir.

***

Rusiya mətbuatı atışma nəticəsində 7 nəfərin öldüyünü bildirib.

Ölənlərdən 3-ü uşaqdır.

***

Son məlumatlara görə, atışma nəticəsində ölənlərin sayı 10-a qalxıb. Onlardan 5-i uşaqdır. Daha 18 nəfər isə yaralanıb.

Şübhəli şəxsin də öldürüldüyü bildirilir.