29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisin fotoqrafı vəfat edib

26.09.2022

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Talıbov Şamil Asim oğlu sentyabrın 25-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

"DM" xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Milli Məclisin rəhbərliyi Şamil Talıbovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Şamil Talıbov Azərbaycan Fotoqraflar Birliyinin üzvü olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən öncə bir sıra qurumlarda çalışıb və müxtəlif foto müsabiqələrinin qalibi olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi kimi də işi foto ilə bağlı olub.