28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiyadan Rusiyaya SANKSİYA

26.09.2022

Yaponiya hökuməti Rusiyadan daha 21 təşkilatı sanksiyalar siyahısına daxil etmək qərarına gəlib. Həmçinin kimyəvi silahlarla əlaqəli ola biləcək malların Rusiya Federasiyasına ixracına qadağa qoyulub.

Bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Xüsusilə, "Moselektronproekt” ASC, "Etalon” elmi-istehsal birliyi, ASC "Energia” səhmdar cəmiyyəti və s. "qara siyahı”ya daxil edilib.

Bundan əvvəl Yaponiyanın daha 20 rusiyalıya qarşı sanksiya tətbiq etdiyi məlum olub. Onların arasında iş adamları ilə yanaşı, məmurlar da olub. Ölkə yeni məhdudiyyətləri Ukrayna hadisələri ilə bağlı tətbiq edib.

Yaponiya hökuməti bu vaxta qədər Rusiyadan 398 nəfər və 28 təşkilata qarşı əlavə sanksiyaların tətbiqini təsdiqləyib. Rusiya Federasiyası Dövlət Dumasının deputatları da məhdudiyyətlərə məruz qalıblar.

Mənbə: Komsomolskaya Pravda